Sabirabadda fəal icma nümayəndələri üçün təlim təşkil olunub 

0
144

 

“Tərəqqi” Sosial Tədiqatlar və “Dalga” Ekologiya və Təbiətin Mühafizəsi İctimai Birliyi Avropa İttifaqının maliyyələşdirdiyi “Vətəndaş Cəmiyyəti və Vətəndaşların Maraqlarının Müdafiəsi” layihəsi  çərçivəsində birgə həyata keçirdiyi “Icmanın Yerli Problemlərin Həllində Səlahiyyətlərinin Artırılması və Yerli İdarəetmə ilə Əməkdaşlığının Gücləndirilməsi” layihəsi çərçivəsində icma nümayəndələri üçün təlimləri digər hədəf rayonda davam etdirdi. Bu dəfə təlim Mart 16-18, 2018-ci ildə Sabirabad rayonunda fəal icma nümayəndələri üçün təşkil olundu.

Tədbiri giriş sözü ilə açan “Tərəqqi” STİB-in nümayəndəsi Calal Əmənov təlim iştirakçılarına layihə və layihə çərçivəsində 4 rayonda Beyləqn, İmişli, Saatlı və Sabirabad rayonlarında hazırda təşkil olunan bu kimi təlimlərin məqsəd və əhəmiyyəti haqqında məlumat verdi. Təşkilatın əməkdaşı onu da qeyd etdi ki, Dalğa təşkilatı ilə birgə həyata keçirilən bu layihənin məqsədi icmaların yerli dövlət qurumları ilə əməkdaşlığını daha da yaxşılaşdırmaq, icma üçün prioritet problemlərin müəyyənləşməsi və həlli üçün müvafiq dövlət qurumlarının dəstəyini əldə etmək üçün fəal icma nümayəndələrini lazımi bilik və bacarıqlarla təmin etmək və dəstək verməkdir. Tədbirdə Sabirabad rayon icra başçısının müavini Həsən Həsənov çıxış edərək “Tərəqqi” STİB-ilə əməkdaşlıqdan məmun olduğunu və sosial inkişaf yönümlü layihələrə dəsətək olduğu üçün təşkilatın kollektivinə minnətdarlığını bildirərək təşkilata və iştirakçılara uğurlar arzuladı.

Sabirabad rayonunda təşkil olunan 2 günlük təlim zamanı iştirakçılar İcmanın İştirakı ilə İcma Qiymətləndirməsi və metodları, layihə planlaşdırması, icma liderliyi, təqdimat bacarıqları və ictimai vəkillik mövzusunda bilgi və bacarıqlarla təmin olundular. İnteraktiv mühitdə keçirilən təlimdə iştirakçılar əldə etdikləri icmanın iştirakı ilə icma qiymətləndirməsi aləti və layihə planlaşdırması haqqında bilgilərdən istifadə edərək təmsil etdikləri icmaların ən ümdə problemlərini müəyyən edib həlli üçün geniş qrup müzakirəsi apardılar. Bundan əlavə, icma nümayəndələri icma liderliyi anlayışı və xüsusiyyətləri, liderin rolu və vəzifələri ilə bağlı geniş məlumatla tanış oldular. Təlim zamanı iştirakçılar, həmçinin, uğurlu təqdimatın xüsusiyyətləri, uğurlu təqdimat etməyin addımları və həmçinin ictimai vəkillik haqqında bilgilər də əldə etdilər.

 

 

 

Şərh yaz