Layihələrin icrasını həyata keçirməsi yolları müzakirələrin əsas mövzusu olub

0
122


“Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin maliyyələşdirdiyi “Vətəndaş Cəmiyyətinin və vətəndaşların maraqlarının müdafiəsi” layihəsi çərçivəsində 02 mart 2018 –ci ildə Biləsuvar rayonunda “İctimaiyyətin məlumatlandırılması” (Yerli hökumətlə münasibətlərin və əməkdaşlıq imkanlarının genişləndirilməsi) tədbiri keçirmişdir.
Tədbirdə Biləsuvar RİH- nümayəndəsi, QHT üzvləri, ictimai fəallar və bələdiyyə sədrləri iştirak etmişdilər.
Tədbirdə yerli səviyyədə ictimai təşkilatlarla hökumətin əməkdaşlığı sahəsində QHT sektorunun daha aktiv fəaliyyəini təşkil etməyin yolları müzakirə olundu. Sosial yönümlü layihələrin icrasına QHT-ləri daha yaxından cəlb etməklə hökumət və QHT-rin birgə fəaliyyətinin daha sıx vəhdətdə birləşməsindən söhbət açıldı. Rayon ərazisində müxtəlif vaxtlarda yerli və beynəlxalq donorlar tərəfindən maliyyələşdirilərək QHT- lər tərəfindən həyata keçirilmiş layihələrdən və bu layihələrin cəmiyyətin sosial həyatına müsbət təsirindən danışıldı. Sosial problemlərin araşdırılması və aradan qaldırılması məqsədilə layihələrin yazılması, maliyyə mənbələrinin tapılması, və yerli hökumətin dəstəyi əsasında bu layihələrin icrasını həyata keçirməsi yolları müzakirələrin əsas mövzusu oldu.

Tədbir qarşılıqlı müzakirələr əsasında keçirilmiş və yerli hökumətlə əməkdaşlıq imkanlarının genişləndirilməsi mövzusunda qrup işinin yazılması və təqdimatı ilə yekunlaşmışdır.

Şərh yaz