Yerli QHT-lər ictimayyət nümayəndələri üçün tədbir keçirib

0
157

Fevral ayının 26-27 – də “Tərəqqi” STİB və “ARAZ” Humanitar Tədqiqatlar İctimai Birliyi Avropa İttifaqının maliyyələşdirdiyi “Vətəndaş cəmiyyətinin və vətəndaşların maraqlarının müdafiəsi” layihəsi çərçivəsində birgə təşkil etdiyi “Video vəkillik bacarıqlarının artırılması” layihəsi çərçivəsində növbəti təlimini həyata keçirib.
Saatlı rayonunda baş tutan tədbirdə Saatlı rayonundan 21 nəfərə QHT və ictimaiyyət nümayəndəsi iştirak edib.
Tədbiri giriş sözü ilə açan “Tərəqqi” STİB -in sədri Cəlal Əmənov tədbirin əhəmiyyətindən danışıb. O qeyd edib ki, layihəni keçirməkdə məqsəd Saatlı rayonunda gənclərin foto və video çəklişlərə marağını artırmaq, bu sahəni öyrətməklə onların vətəndaş cəmiyyətinin fəal nümayəndəsi kimi formalaşmalarını təmin etmək, ictimai nəzarətdə aktivliklərini artırmaqdır.
Tədbirdə Video Vəkilliyin aparılmasında məqsəd və vəzifələr, əsas və yardımçı hədəf auiditoriyası, video vəkillik bacarıqları, video vəkilliyin aparılma üsulları, könüllülərin cəlb edilməsi və s. geniş müzakirə edilib.
Qeyd edək ki, bundan əvvəlki tədbir cari ilin fevralın 7-8-də İmişli rayonunda 30 nəfərə yaxın gəncin iştirakı ilə keçirilib.

Şərh yaz